banner
banner

Hərbİ

Zabitimizə Milli Qəhrəman adı verilə bilər

Zabitimizə Milli Qəhrəman adı verilə bilər

Ukrayna Müdafiə Nazirliyinin xüsusi 11-ci batalyonunun azərbaycanlı komandir müavini, kapitan Bağırov İlqar Saleh oğluna Ukraynanın Milli Qəhrəmanı adının verilməsi təklif olunub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, separatçılarla döyüşdə qəhrəmancasına həlak olduğu üzə çıxan azərbaycanlı zabitə bu adın verilməsi üçün xidmət etdiyi batalyon, o cümlədən Ukrayna Millətlər Assambleyası tərəfindən Ukrayna Prezident Administrasiyasına və Müdafiə Nazirliyinə müraciət olunub.

Müdafiə Nazirliyi müraciəti müsbət qarşılayıb, məsələyə baxılacağı bildirilib.

1970-ci il mayın 12-də Bakıda anadan olan İ.Bağırov 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub.

Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İ. Bağırov ölkənin şərqində döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11 batalyona kəşfiyyat üzrə komandir müavini təyin edilib. Sentyabrın sonlarında Luqansk vilayətinin Debaltsevo şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb.

Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.

Naməlum şəxslər tərəfindən meyiti tapılaraq elə həmin yerdə dəfn olunub. Ötən həftə isə Ukrayna Ordusu onun meyitinin yerini öyrənib, həmin ərazidən çıxararaq İrpenə gətirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.