Erməni silahlı bölmələri Tərtərdə mülki vətəndaşları atəşə tutub.
Hadisə bu gün qoşunların təmas xəttinin Tərtər rayonunun Qaradağlı kəndi istiqmətində qeydə alınıb.
Qaradağlı kəndinin atəşə tutulması nəticəsində dinc əhali arasında xəsarət alan olmasa da kənd sakini Qabil Həmidovun traktoruna güllə dəyib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Tərtər cəbhəsindəki təmas xəttində monitorinq zamanı da ermənilər atəşkəsi pozmuşdular (APA).
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.