banner
banner

Sosİal

Bakıda bağçada uşağa işgəncə verirlər

Bakıda bağçada uşağa işgəncə verirlər

Bakının uşaq bağçalarından birində xoşagəlməz olay yaşanıb.
CİA.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, internetdə yayılan videoda görünür ki, tərbiyəçilərin və sanitarların əhatəsində olan körpə qız ağlayır və “nənəmi istəyirəm” deyir. Bu məqamda bağçanın qadın əməkdaşlarından biri gülərək digərlərinə: “Ona dedim ki, nənən ölüb, darvazanın ağzındadır” deyir.

Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov deyib ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.