banner
banner

Hərbİ

Ötən ay cəbhədə 8 erməni hərbçi öldürülüb

Ötən ay cəbhədə 8 erməni hərbçi öldürülüb
Bu ilin oktyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 695 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan da istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb. 
Oktyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə atəşkəsin 200 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (153 dəfə).
Qarabağ cəbhəsi üzrə oktyabrda Tərtər rayonu istiqamətində atəşkəs 72, Xocavənd rayonu istiqamətində 62, Cəbrayıl rayonu istiqamətində isə 55 dəfə pozulub.
Erməni silahlı bölmələri atəşkəsi Goranboy rayonu istiqamətində 90, Tovuz istiqamətində 9, Gədəbəy rayonu istiqamətində 14, Qazax rayonu istiqamətində 25, Göygöl rayonu istiqamətində 13, Ağstafa rayonu istiqamətində isə 2 dəfə pozub.
Ötən ay qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb, vurduğu zərbələrlə qarşı tərəfin ümumilikdə 8 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı olub.
 
Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb. 
 
Qeyd edək ki, sentyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 828 dəfə pozmuşdu.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.