Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək.
ANS PRESS-in məlumatına görə, deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) seçildiyi artıq bəllidir.
Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.
Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.
Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb.
Həmin millət vəkillərinin rektor olduğu təhsil ocaqları ilə əlaqə saxladıq.Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən bildirdilər ki, hələ heç bir dəyişiklik yoxdur. "Rektor Əhliman Əmiraslanov iş başındadır. Amma yaxın vaxtlarda dəyişiklik olacağını gözləyirik."
Digər universitetlərdə də rektorlar hələ ki, öz vəzifələrini icra edirlər.
Bəzi universitetlərin rəhbərləri isə deputatlıqdan imtina edərək, rektor kimi qalmağa üstünlük verdilər. Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, Abel Məhərrəmov bu ilki parlament seçkilərində iştirak etməməsini belə izah etdi.
“Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.