banner
banner

Gündəm

"Mardan-palas" Halkbanka satıldı

"Mardan-palas" Halkbanka satıldı
Həəracda satışa çıxarılan "Mardan palas" "Halkbank" tərəfindən satın alınıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycan əslli iş adamı Telman İsmayılovun etdirdiyi Antaliyadakı "Mardan palas" otelinin yeni sahibi "Halkbank" bankıolub. 
Bildirilir ki, 5 ulduzlu otel 360 milyon 50 min lirəyə satılıb. Otelə 719 milyon lirə qiymət qoyulmuşdu.
Antaliyada inşa olunmuş 7 ulduzlu otel uzun müddətdən bəri maliyyə çətinlikləri ilə gündəmə gəlirdi. Otelin satışı üçün dünən hərrac keçirilib. 
Səhər saatlarında keçirilən hərrac qısa müddətdə nəticələnib. Ümumilikdə 719 milyon lirəyə satışa çıxarılan otel müəyyən edilən dəyərindən 50% daha ucuz satılıb. Tək təklif Türkiyənin "Halk Bank"ından gəlib. Bank, oteli 360 milyon 50 min lirəyə (132 milyon 804 min AZN) satın alıb.
Bu satışdan gələn vəsaitinin 270 milyon lirəsinin (100 milyon AZN) "Garanti Bankı"na ödənilməsi gözlənilir. 
Xatırladaq ki, möhtəşəm otelin inşaasında 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə edilib. "Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar. 
 
1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe bar, 1200 nəfərlik bal salonu var. Otelin açılış mərasiminə Paris Hilton, Monika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb. 
Otelin adı bundan öncə də borc qalmaqalında hallanıb və hərraca çıxarılacağı xəbərləri yayılıb. Lakin AST Telman 100 milyonluq borcu ödəcəyini bildirirək satışı dayandıra bilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.