banner
banner

Gündəm

Məscidlərdə dini bayraqlar qadağan ediləcək

Məscidlərdə dini bayraqlar qadağan ediləcək

“Biz növbəti il üçün təkliflərlə çıxış edirik ki, məscidlərdə hər hansı dini bayraqlardan istifadəni məqbul saymırıq”.

Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günlərində bəzi qüvvələrin insanların dini inancından sui-istifadə etməsinə münasibət bildirərkən deyib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və dövlət bayrağı ilə bağlı qanunu var: “Eyni zamanda növbəti mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki, hər hansı dini mərasimləri küçələrdə etmək yol verilən deyil. Dini mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Necə ki, digər dinlərdə dini mərasim kilsədə və sinaqoqda olur, bizdə də məsciddə olmalıdır. Yəni hər hansı yürüş keçirmək istəyənlər və digər iddialarla çıxış edənlər bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarından icazə almalıdırlar. “Sərbəst toplaşmaq haqqında” qanun var və bu qanun “Dini etiqad azadlığı haqqında” qanuna ziddiyyət təşkil eləmir”.

M.Qurbanlı son Aşura günündə Gəncədə baş verənlərə də toxunub: “Bununla bağlı araşdırma aparmışıq. Müəyyən qruplar var ki, din adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirmək istəyir. Bunlarla bağlı müəyyən profilaktik tədbirlər görülüb və görüləcək. Onların heç bir sosial dayağı da yoxdur. Sadəcə, insanların həmin gün dini inancından istifadəyə cəhd ediblər ki, bu da yolverilməzdir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.