banner
banner

Hərbİ

Müdafiə Nazirliyinin idarə rəisi: "Ermənilər cəbhəboyu əraziləri tərk edir"

Müdafiə Nazirliyinin idarə rəisi:
"Müdafiə Nazirliyi, ümumiyyətlə Silahlı Qüvvələr haqqında yazarkən jurnalistlər ehtiyatlı olmalıdırlar. Çünki sözün gücü adətən silahın gücündən daha kəsərlidir". 
Bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev deyib.
Mətbuat Şurası, "Dinc Dünya" İctimai Birliyi və Müdafiə Nazirliyinin eksterimal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi mövzusunda birgə keçirdiyi tədbirdə çıxış edən R.Əliyev qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsində işləyən jurnalistlərlə bağlı xüsusi əmri var: "Ermənistanın xəbər saytlarında da yazılır ki, ermənilər təhlükəni hiss edib cəbhəboyu əraziləri tərk edir. Bu bizim gördüyümüz işlərin nəticəsində mümkün olub. Vətənpərvərlik təkcə əlinə silah alıb səngərdə duran adam deyil, öz işini vicdanla görən hər bir şəxs vətənpərvərdir".
R.Əliyev deyib ki, gələcəkdə hərbi jurnalistlərə rütbələr verilə bilər: "Bizim fikrimiz var ki, bu sahədən yazan jurnalistləri müəyyən təlimlərə və kurslara cəlb edək və sonda imtahandan uğurla keçənlərə müəyyən hərbi rütbələr verək. Biz bu işi gələcək üçün düşünürük. Hesab edirəm ki, sizin köməyinizlə biz buna da nail olacağıq".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.