banner
banner

Gündəm

Nazir müavinin məhkəməsində iş yoldaşı dindirildi

Nazir müavinin məhkəməsində iş yoldaşı dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mehman Hacalıyev ifadə verib.

2000-2009-cu illərdə nazirliyinin Mənzil-Istismar Idarəsinin rəisi olmuş M.Hacıyev ifadəsində Mehman Səlimovu tanıdığını bildirib: "Mehman müəlim nazir müaviniz olub. Mən idarədə rəis olan dövrdə Mehmanın direktoru olduğu "STJ" MMC ilə 6 müqavilə bağlamışıq. İlk müqaviləmiz Yaşmada olan hərbi hissədə olub. İlk olaraq biz “Metrotunel” ilə müqavilə bağlamışdıq. Onlar iş görmədilər deyə müqavilə ləvğ edildi. Həmin firmanı məhkəmə versək də, hər 3 instasiyada məğlub olduq. Sonra müqaviləni Mehman müəllimlə bağladıq. Sifariş verdiyimiz obyektlər mən olan dövrdə gec də olsa təhvil verildi. Gecikmələrlə bağlı xəbərdarlıq eləmişdik. Mən o vaxt Səfər Əbiyevə gecikmələrlə bağlı məruzə eləmişəm. Sadəcə o, özü Mehman müəllimlə danışacağını, problemi həll edəcəyini bildirdi. Obyektlər mən işləyə dövrdə təhvil verilib" .

Hakim şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə ziddiyyət təşkil edib. M.Hacıyevin istintaqa verdiyi ifadə elan olunub və şahid bu ifadəsini təsdiq edib.

Hakim bldirib ki, digər şahidlər barəsində məcburi gətirilmə ilə bağlı müraciət olunsa da, onlar məhkəməyə gəlməyib: “Bu dəfə Daxili Işlər Nazirliyinə birbaşa müraciət olunacaq. Qoy tədbir görsünlər".
Məhkəmə prosesi noyabrın 13-də davam edəcək.

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.