banner
banner

Gündəm

Nazir 19 nəfəri işdən çıxardı

Nazir 19 nəfəri işdən çıxardı
Bu ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 əməkdaş yaşa həddinə görə işdən azad olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edir: "Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz. 
 
2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatan 19 əməkdaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işlərindən azad olunublar. Bütün əməkdaşlar, o cümlədən işdən çıxarılanlar qanunvericiliyin tələblərini yaxşı bildiklərinə görə işdən azad olunmalarını normal və sakit qarşılayıblar".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.