banner
banner

Dünya

Britaniya təyyarəsi Misirdə son anda raketdən yayınıb

Britaniya təyyarəsi Misirdə son anda raketdən yayınıb
Britaniyanın "Thomson Airways" aviaşirkətinə məxsus təyyarə Misir hərbçiləri tərəfindən atılan raketdən yayınıb. İnsident bu ilin avqust ayında Şarm-əş-Şeyx hava limanına az qalmış qeydə alınıb.
Bu barədə yerli mətbuata istinadən TASS məlumat yayıb.
Hava gəmisinin göyərtəsində 189 nəfər olub. Füzelyajın 300 metrliyində raketi görən pilot laynerin kursunu dəyişə və qəzadan qaça bilib. Baş verən hadisə barədə yalnız beş heyət üzvü bilib. Sonradan onlara bildirilib ki, raket təlimlər zamanı atılıb.
Böyük Britaniyanın Nəqliyyat Nazirliyi hadisənin 23 avqustda - Rusiyanın "A321" təyyarəsinin Sinayda qəzaya uğramasından iki ay əvvəl baş verib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.