Borcu olduğu üçün intihar etdiyi deyilən qadın məsələyə aydınlıq gətirib.
Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan iş adamı Aytən Mahmudova ilə əlaqə saxlayaraq bildirib ki, onun heç kimə borcu olmayıb: “Mənim intihar etməyimə səbəb rəfiqəmin mənə olan borcunu qaytarmamasıdır. Neçə illərdir dostluq etdiyim Aynur Məmmədova ilə əri Rahim Məmmədov birlikdə mənə qarşı dələduzluq ediblər. Mən onlara etibar edib satmaq üçün təxminən 40 min dollarlıq dəyəri olan qızıl-zinət əşyları verdim. Bir ilə yaxın vaxt keçib, amma nə pulu qaytarırlar, nə də ortada qızıl var. Mən də daha dözə bilmədim, özümü öldürmək istədim. Həkimlərin sayəsində sağ qaldım”.
Aytən Mahmudova bildirib ki, məsələ ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi açılıb: “Dünən onun yoldaşı Rahim Məmmədov prokurorluğa gəlib deyir ki, yoldaşım hadisəni eşidəndən sonra xəstələnib, ifadə verməyə gələ bilmir. Mənim onlara qarşı bir qərəzim yoxdu. Pulumu, ya da qızıllarımı qaytarsınlar, barışaq. Onların tutulmağını istəmirəm”.
Xatırladaq ki, A. Mahmudova noyabrın 4-də intihara cəhd edib. Bu məqsədlə o bir neçə müxtəlif adda dərman həbi qəbul edib. Report.az-ın yaydığı xəbərdə qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etdiyi bildirilirdi.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.