Təyyarənin qara qutusunda kənar səs - Müəmmalı qəza
Qəzaya uğrayan A321 təyyarəsindəki "qara qutular" uçuşunun son anlarında kənar səsi qeydə alıblar.
Bu barədə qəzanı araşdıran beynəlxalq komissiyanın sədri bildirib.
Qahirədə keçirilən mətbuat konfransında Ayman əl-Mükəddam araşdırmanın yekun nəticəyə gəlmədiyini deyib.
Onun sözlərinə görə qəzaya səbəb ola biləcək bütün versiyalar nəzərdən keçirilir.
Bundan əvvəl Misirin xarici işlər naziri adının çəkilmədiyi ölkələri Sinay üzərində qəzaya uğramış Rusiya təyyarəsinə dair kəşfiyyat məlumatları ilə bölüşməməkdə qınayıb.
ABŞ və Böyük Britaniya qəzanın bomba partlayışı nəticəsində baş verməsi ehtimalının yüksək olduğunu bidlirib.
“Biz məsələyə ən çox aidiyyatı olan ölkəyik”, - deyən Samih Şükri bildirib ki, qəza ilə bağlı kəşfiyyat məlumatlarının birbaşa verilməsini gözlədiyi bir halda onlar "media və ictimaiyyətə açıqlanır”.
Britaniyanın Qahirədəki səfiri Misir hökumətilə daim sıx təmasda olduğunu bildirib.
Danışan John Casson Misir tərəfinə “bütün məlumatların” təqdim edildiyini deyib.
Kogalymavia şirkətinə məxus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.