banner
banner

Hərbİ

Ermənilərin Zakir Həsənov qorxusu

Ermənilərin Zakir Həsənov qorxusu

Ermənilər Azərbaycan Müdafiə naziri Zakir Həsənovdan qorxduqlarını etiraf ediblər.

CİA.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyanın Rusiya mediasında yayımlanmış müsahibəsində Zakir Həsənovun gedişlərinə toxunub: “Mütəmadi olaraq o, cəbhə xəttinə gəlir, hansısa texnikanı sınaqdan çıxarır.

O dayanmır, daim işləyir. Bu, onların xalqında ruh yüksəkliyi yaradır. Zakir Həsənov Səfər Əbiyevdən fərqlənir. Əvvəlki müdafiə naziri daha ehtiyatlı davranırdı. Lakin hazırkı nazir öz sözünü deməkdə israrlıdır. Bu, faktiki olaraq qorxu yaradır. Digər tərəfdən, onların dövlət başçısının yeni nazirə yüksək etimad göstərdiyi ortadadır”.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.