PKK Atatürkün anım günü terror törətmək istədi: 3 silahlı tutuldu
Mustafa Kamal Atatürkün vəfatının 77-ci ildönümündə terror törətməyə cəhd edən PKK-nın 3 silahlısı tutulub.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İzmir əyaləti Milli Təhlükəsizlik və Terrora qarşı Müabirzə şöbələrinin keçirdiyi əməliyyat nəticəsində terrorçuların gizləndiyi ünvandan 17,5 kq plastik partılayıcı, 10 ədəd əl qumbarası aşkarlanaraq, götürülüb.
Xəbərdə bildirlib ki, onlar Türkiyə parlamentinə seçkiqabağı kampaniya zamanı da partlayış törətmək niyyətində olublar. Ancaq təhlükəsizlik tədbirləri görüldüyündən terrorçuların bu planı baş tutmayıb.
Tutulan terrorçuların PKK düşərgələrində partlayıcılardan istifadə ilə bağlı təlimatlandırıldığı məlum olub.
Onlardan birinin-İbrahim Atəş adlı terrorçunun Türkiyənin Diyabəkir əyalətində terror törətmək üçün təlimat aldığı bildirilib. Bunun üçün o, dəfələrlər həmin bölgədə olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.