banner
banner

Dünya

ABŞ İsrailə 50 milyard dollarlıq hərbi yardım edəcək

ABŞ İsrailə 50 milyard dollarlıq hərbi yardım edəcək
"İsrail ABŞ-dan 50 milyard dollarlıq hərbi yardım paketi istəyir".
Bunu İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-da Şimali Amerika yəhudiləri Federasiyasının Baş Assambleyasındakı çıxışı zamanı deyib.
"Prezident Barak Obama İsrailə hərbi yardımla bağlı qərar qəbul edib. Bu yardım bizim sillahlı qüvvələri və kəşfiyyatımızı əhatə edəcək", - İsrailin baş naziri vurğulayıb.
İsrail dünyada həcminə görə ABŞ-dan hərbi yadım alan dövlətlər arasında birinci yerdədir. İkinci dünya müharibəsi başa çatandan indiyədək İsrail bu məqsədlə ABŞ-dan 124,3 milyard dollar yardım alıb.
 
2007-ci ildə ABŞ-ın o vaxtkı prezidenti kiçik Corc Buş yəhudi dövlətinə 10 il müddətinə 30 milyard dollarlıq yardım paketi verilməsi ilə bağlı sənəd imzalayıb. Barak Obama da Binyamin Netanyahu ilə görüşdən sonra bildirib ki, ABŞ İsrailə hərbi ehtiyaclarını ödəmək üçün hərtərəfli yardım edəcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.