Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın səhhətində irəliləyiş hiss olunmur.
Bunu Lent.az-a xalq artistinin oğlu Orxan Nadirov verib. O bildirib ki, anasının bu hala düşməsinin əsl səbəbkarı keçmiş köməkçisi Mehriban Hüseynovadır: “Anam artıq neçə gündür ki, xəstəxanadadır. Mehribanın yedizdirdiyi psixotrop dərmanlar anama çox pis təsir edib. Onun fəsadlarıdır ki, bu gün anam hələ də xəstəxanadadır. Şəkəri hələ də yüksəkdir. Allahın köməyi ilə tez sağalıb, ayağa qalxacağı günü gözləyirik. Amma hələ ki, həkimlərin ciddi nəzarəti altındadır. Həkimlər hələ ki, anamı evə buraxmağa icazə vermirlər. Müalicə həkimi söylədi ki, hələ xəstəxanada qalmalıdır. Onu da deyim ki, sonuncu dəfə Mehriban anama moruq mürəbbəsi bişirmişdi. Onu yeyəndən bəri səhhəti belə pisləşib”.
Xalq artistinin oğlu anasının keçmiş köməkçisi Mehriban Hüseynova ilə olan məhkəmə prosesindən də söz açıb: “Hazırda bu işə Bakı şəhər Prokurorluğunda baxılır. Bu məsələ müstəntiq Cavid Abbasovun icraatındadır. Ümidvarıq ki, bu işə hüquqi qiymət veriləcək. Hələ ki, iki aylıq istintaq dövrü gedir. Ola bilər ki, istintaq müddəti artırılsın”.
Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Lent.az-a açıqlamasında bu sözləri demişdi: "Başımda güclü ağrılar hiss etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər Xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verilib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər Xəstəxanasında mənə xüsusi diqqət göstərirlər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.