banner
banner

Gündəm

Böhran Əkbər Hacıyevin “kontorunu” da vurdu, Bakıda qaz idarələri ləğv edilir

Böhran Əkbər Hacıyevin “kontorunu” da vurdu,

“Azəriqaz” İstehsalat Birliyinin Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb.

Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Azəriqaz” növbəti struktur dəyişikliyi ilə bağlı əmr verib. “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin maddi-texniki bazalarında Bakı Reqional Qaz İstismarı Departamenti və Bakı Reqional Qazın Satışı Departamenti yaradılır.

M.Qəhrəmanlı qeyd etdi ki, rayon qaz istismar sahələrinin hər birində təxminən 80-100 nəfər işçi çalışır. Buna görə də 1000-ə yaxın işçinin ixtisara düşəcəyi gözlənilir: “Təşkilata daxil olan məlumata görə işçilərə noyabrın 16-da bildirişlər veriləcək. Bu işçilərin işlə təmin edilib-edilməyəcəyi isə bəlli deyil. Hazırda onlar təşvişdədir. İşçilərin arasında ixtisara düşənlər olacaq”.

Əmr noyabrın 10-da imzalanıb. Strukturların ləğv edilməsi və digər məsələlərin icrası ilə bağlı komissiya yaradılıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev virtualaz.org saytına məlumatı təsdiqləyib.

İ.Kərbalayevin sözlərinə görə, struktur dəyişiklikləri ilə bağlı mətbuata açıqlama veriləcək: “Ləğv ediləcək qurumların əməkdaşlarına vacant yerlərdə işlər təklif olunacaq. Bundan əlavə, onlara əməkhaqqının 5 mislini ödəmək də təklif olunacaq. Əməkhaqqının 5 mislinə və təklif olunan işlə razılaşmayanlar Dövlət Neft Şirkətinin məlum proqramına qoşula biləcəklər. Yəni iş olan kimi onlara təklif ediləcək”.

Xatırladaq ki, “Azəriqaz” sistemində ciddi təsərrüfatsızlıq hökm sürür, Əkbər Hacıyevin bu struktura rəhbər təyin edilməsindən sonra qaz təsərrüfatı barədə heç bir anlayışı olmayan şəxslər vəzifələrə təyin olunub. “Azəriqaz” sistemində hər il azı 1 milyard kubmetrə yaxın qaz itkisi qeydə alınır, yaxud itki kimi rəsmiləşdirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.