banner
banner

Gündəm

Rusiya bu azərbaycanlını İnterpola verdi “DƏRHAL HƏBS OLUNSUN”

Rusiya bu azərbaycanlını İnterpola verdi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Analitik Mərkəzi və Federal Təhlükəsizlik Xidməti ( FSB) Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri, Gürcüstan, Mərakeş Krallığı və Malta vətəndaşlığı olan, Ukrayna Boqun polkunun polkovnik-leytenantı Daşqın Gülməmmədov haqqında MDB məkanı üzrə qırmızı bülletenlə dövlətlərarası axtarış elan edib.

Bu barədə İnterpolun Ukrayna Milli Mərkəzi Bürosunun rəisi, general-mayor Vasili Nevolya məlumat verib.

D. Gülməmmədov milli ayrı-seçkilik salmaqda və irqçilikdə günahlandırılır. Bu gün Moskva vaxtı ilə saat 09.00-dan etibarən Rusiya DİN-in D. Gülməmmədov haqqında elan etdiyi dövlətlərarası axtarış barədə informasiya, Moskva Basmannıy Rayonu Dairə Məhkəməsinin qətnaməsi və RF Federal Təhlükəsizlik Xidməti Kollegiyasının qərarı Rusiya, Qazaxıstan, Ermənistan, Belorus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, həmçinin MDB-dən kənar İsveçrə Konfederasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Rumıniya, Macarıstan, İspaniya, İran, Fransa, Kanada, Çin, Şimali Koreya, Suriya, Mərakeş və Maltanın DİN, xüsusi xidmət qurumlarının və Sərhəd Xidmətlərinin məlumat bazasına yerləşdirilib. Rusiya DİN-i Daşqın Gülməmmədovun dərhal həbs edilməsi şərtini qoyub.

Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının (QQTK) rəhbəri Elmar Həsənov sayta açıqlamasında məlumatı təsdiq edib.

Onun sözlərinə görə, informasiya dəqiqdir və hazırda qabaqlayıcı tədbirlərin, o cümlədən beynəlxalq təşkilatların məsələyə reaksiya verməsi ilə məşğuldurlar: “Daşqın Gülməmmədovun Rusiya DİN tərəfindən dövlətlərarası axtarışa verilməsi onun Ukraynadakı fəaliyyəti, Ukraynanın ərazi bütövlüyü uğrunda fəal çıxışları və Krım tatarlarının hüquqlarının müdafiə etməsi ilə bağlıdır”.

E. Həsənov bildirib ki, bunun olacağını öncədən gözləyirmişlər: “Məsələnin diplomatik yolla və şəxsi kanallar vasitəsi ilə aradan qaldırılması istiqamətində iş aparırıq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.