banner
banner

Gündəm

Paris terroruna iqtisadçı baxışı - "Milyardlarla ziyan..."

Paris terroruna iqtisadçı baxışı -
İqtisadçı-alim Qubad İbadoğlu dünən gecə Fransanın paytaxtı Parisdə törədilmiş müdhiş terror aktını iqtisadi prizmadan şərh edərək sosial şəbəkədə status paylaşıb. Tanınmış iqtisadçının şərhini təqdim edirik:
"Fransadakı terror ölkəyə milyardlarla ziyan vuracaq. Bu hadisədən avro da təsirlənəcək.
Ötən il 47 milyon ziyarətçini yalnız Paris şəhərinə cəlb edən iri turizm sənayesi Fransada baş verən terror hadisəsindən sonra bu il ölkədə ən çox itki verən sektor olacaq. Dünyanın 6-cı güclü iqtsiadiyyatına malik olan ölkədə bu gecə baş verənlər beynəlxalq bazarlara da təsirsiz ötüşməyəcək. Bu hadisənin həm ölkə iqtisadiyyatına və həm də dünya bazarlarına təsirləri birbaşa və dolayı olmaqla ikili xarakter daşıyacaq. Bu terror aktından birbaşa təsirlənən turizm, nəqliyyat, mehmanxana, ictimai iaşə və ticarət sektoru olacaq. Bu hadisə dolayı yolla həm dövlət və həm də özəl bölmədə təhlükəsizlik və sığorta, bir sözlə anti-terror xərclərinin artırılmasına şərtləndirəcək ki, bu da bütövlükdə Fransa iqtisadiyyatında məhsuldarlıq göstəricilərini aşağı salacaq. Nəticədə ötən il staqnasiya dövrünü yaşayan Fransa iqtisadiyyatında bu il müşahidə olunan canlanma son terror aktından sonra yenidən tənəzzül dövrü ilə əvəzlənə bilər.
 
Dünya iqtisadiyyatına gəlincə, bu terror aktından ən çox təsirlənən hazırda həssas olan qiymətli kağızlar və valyuta bazarı ola bilər. Xüsusilə də psixoloji təsirlər nəticəsində fond birjasında Fransa şirkətlərin məxsus qiymətli kağızların və avronun dəyərini itirməsi müşahidə edilə bilər. Xammal birjaları arasında isə bu hadisədən az da olsa təsirlənən enerji bazarı ola bilər. Belə ki, bu hadisənin təsirindən artan təklifin hesabına son günlər ucuzlaşan xam neftin qiymətində azacıq da olsa balaşma müşahidə oluna bilər. 
Xatırladım ki, hesablamalara görə 11 sentyabr terrorundan ABŞ iqtisadiyyatına dəyən birbaşa zərər 27,2 milyard dollar təşkil edib. Bu hadisə global terrorizm indeksində Fransann mövqeyini pisləşdirəcək. Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Fransa dünyanın terrordan əziyyət çəkən 56-ci ölkəsi idi. Azərbaycan bu indeksə görə dünyanən terrordan əziyyət çəkən 192 öllkəsi arasında 117-ci yerdə qərarlaşıb".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.