banner
banner

Gündəm

Eldar Mahmudovun avtosalonu bağlandı - Fotolar

Eldar Mahmudovun avtosalonu bağlandı -

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus “Avtomobil Dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb.

Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıbmış. Avtosalonun Eldar Mahmudova məxsus olduğu da hər kəsə məlum olub.
Burada qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon ilk olaraq “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə deyil, eyni zamanda, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan "Caspian Crystal" dükanı ilə də müştərilərə xidmət göstərib.

Noyabrın 13-ü saat 23:00-dan etibarən salon boşaldılıb. 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Daşınmanın şahidi olan şəxslərin sözlərinə görə, salonun önünə xeyli sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.

Sayt avtosalonun xidmət göstərdiyi vaxt və indiki vəziyyətini əks etdirən fotolarını da yayıb:

Eldar Mahmudovun avtosalonu bağlandı  -  Fotolar
Eldar Mahmudovun avtosalonu bağlandı  -  Fotolar
Eldar Mahmudovun avtosalonu bağlandı  -  Fotolar
Eldar Mahmudovun avtosalonu bağlandı  -  Fotolar
Eldar Mahmudovun avtosalonu bağlandı  -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.