banner
banner

Gündəm

Sürücülərin nəzərinə - "PƏRDƏ-PLYONKA SEZONU" BİTDİ!

Sürücülərin nəzərinə -

Avtomobillərinin şüşələrində pərdə və plyonkalardan istifadə edən sürücülər cərimələnəcək.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, avtomobilinin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.

V.Əsədov sürücülərə çağırış edərək bildirib ki, pərdə, jalüz və plyonkaları artıq söksünlər: “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə pərdə, plonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülər 150 manat cərimə olunacaqlar. Eyni zamanda bəzən sənaye üsulu ilə hazırlanmış belə pərdələrə, həmçinin kustar üsulla hazırlanaraq avtomobilin şüşələrinə quraşdırılan digər vasitələrə görə sürücülər məsuliyyət daşıyır. İstər sənaye, istərsə də kustar üsulla hazırlansın, əgər bu vasitələr avtomobilin şüşələrinə quraşdırılır və istismar edilirsə, sözsüz ki, sürücü məsuliyyət daşıyır”.

O əlavə edib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülərə noyabrın 16-dan etibarən protokol yazılacaq.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından (noyabrın 15-dək) avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.