banner
banner

Şou

Çağatay Ulusoyun bəxti gətirmədi

Çağatay Ulusoyun bəxti gətirmədi

Türkiyədə “bədəlli əsgərlik” (ödənişli) qanunu qüvvəyə minib.

ANS PRESS-in məlumatına görə, Yeni qanun layihəsi çərçivəsində gənc çağırışçılar pul qarşılığında əsgərlik öhdəliyindən azad ediləcəklər. Lakin bu qanun layihəsi 27 yaşı tamam olmuş vətəndaşlara aid edilir.

Türkiyə baş naziri Əhməd Davudoğlunun açıqlamasına əsasən, “bədəlli əsgərlik” üçün 31 dekabr 1987-ci il təvəllüdünə qədər olanlar müraciət edə bilər.

Ölkənin bir sıra tanınmışları yaşları tələb ediləndən az olduğu üçün öhdəlikdən istifadə edə bilməyəcək. Onlar arasında “Medcezir” serialında Yaman obrazını canlandıran 1990-cı il təvəllüdlü Çağatay Ulusoylu, “Qaçaq gəlinlər” serialında Səlim obrazını canlandıran 1990-cı il təvəllüdlü Furlan Andıç, 1990-cı il təvəllüdlü Aras Bulud İynəmli kimi tanınmış aktyorlar var.

Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 27 yaşı tamam olmuş vətəndaşlar 18 min lirə (6,3 min manat) ödəməklə əsgərlik öhdəliyindən azad ediləcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.