banner
banner

Gündəm

Nazir əvəzi hadisə yerindədir, internet fəlakətini araşdırır

Nazir əvəzi hadisə yerindədir,
Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov “Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır.
 
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.
 
Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da “Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.
 
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur.
 
Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub.
 
Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi. Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən ("20 yanvar" metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib.
 
Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.