banner
banner

Gündəm

G20 sammitində kuryoz: Rusiyanın baqajı Bakıya gəldi

G20 sammitində kuryoz:

Türkiyədə keçirilən G20 sammitində kuryoz hadisə baş verib. Bu hadisə sammitdə iştirak edən Rusiya nümayəndə heyətinin əl yükü ilə bağlıdır.

Belə ki, Rusiya nümayəndə heyətinin çamadanları Azərbaycan nümayəndə heyətinin təyyarəsində uçub. G20 sammitində iştirak edən Kreml rəsmilərinin çamadanlarının bir hissəsi naməlum istiqamətdə uçub. Sonradan məlum olub ki, çamadanlar Bakıya gəlib çıxıb. Buna səbəb isə Rusiya və Azərbaycan nümayəndə heyətlərinin bir mehmanxanada qalması olub.

Səhər tezdən Rusiya jurnalistlər qrupu "Maks Royal" otelinə gəlib. Burada Rusiya prezidenti Vladimir Putinin Britaniya və İtaliyanın baş nazirləri ilə danışıqları olmalı idi. Onlar Putinin bu görüşlərindən sonra Moskvaya üçmalı olduqlarından çamadanları özləri ilə götürüb.

Mühafizəçi KİV nümayəndələrindən heç bir tanınma nişanları olmayan çamadanlarnı qapıda qoymağı xahiş etsə də ona qulaq asan olmayıb. Yola düşmə vaxtı çatanda jurnalistlər çamadanlarını tapmayıblar.

Sonradan aydınlaşıb ki, yük ehtimal ki, sammiti daha əvvəl tərk edən Azərbaycan nümayəndə heyəti ilə birlikdə uçub. Çamadanlarda KİV nümayəndələrinin Moskvadan gətirdiyi bütün qış geyimləri qalıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.