Aktrisa Xuraman Əlizadə nişanlanıb. Bu haqda şairə Nazilə Səfərli xəbər yayıb. O, eyni zamanda aktrisanın əməliyyat keçirdiyini vurğulayıb: “Xuraman xanım əməliyyat olunub. Baş çəkməyə getmişdim. Gözəl bir hadisənin də şahidi oldum. Sən demə, Xuraman xanım nişanlı imiş. Şəkildəki xanım isə Xuramanın gələcək baldızıdır. Qapıdan içəri girəndə gördüm baldızı Xuramana bir qulluq edir ki... Mehriban gəlin-baldız görəndə ürəyim açılır. Başa çıxanlardan olsunlar”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.