banner
banner

Gündəm

Millət vəkilindən cərimə - Açıqlaması

Millət vəkilindən cərimə -

Millət vəkili Rafael Hüseynov maşının cərimə olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

R. Hüseynov  bildirib ki, o cərimə olumayıb: “Həmin maşın mənə məxsus deyil. Ora mənim iş yerimin yaxınlığıdır. Hadisə tanışların başına gəlib. Polis onları cərimələyib. Mən də yaxınlaşıb məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdım. Deyəsən, onlar piyada xəttini tapdalayıbmış. Polislərdən xahiş etdim ki, tanışlara mənim yanıma necə gəlməyi başa salsınlar”.

Qeyd edək ki, criminal.az saytı bu gün millət vəkili Rəfael Hüseynovun cərimələnməsi ilə bağlı video məlumat yayıb. Məlumatda bildirilir ki, yol polisi qaydanı pozduğuna görə millət vəkili Rafael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.