Sahibkarlardan 77 min müraciət - Vergilər Nazirliyinə
Vergilər Nazirliyində 2015-ci ilin 10 ayın yekunlarına dair mətbuat konfransı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Natiq Əmirov bildirib ki, oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında prezidentin başçılığı ilə iclas keçirilib. İclasda ölkə başçısı büdcə xərclərinin strukturuna yendən baxılması ilə bağlı göstəriş verib. Prezidentin həmin çıxışından sonra irəli gələn vəzifələr icra edilib. Sahibkarlıq subyektlərinin kredit resursları qaydaları sadələşdiriləcək.
2015-ci ilin 10 ayı üçün Vergilər Nazirliyi büdcəyə 5 milyard 970 milyon manat vəsait cəlb edib. Oktyabr ayında neft konsorsum üsulları 104 milyon manat az vəsait verib ki, bu da neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. İqtisadiyyatın bütün sahələrində 2015-ci ildə 136 milyon manat proqnozdan əlavə vergi daxil edilib. Vergilər Nazirliyi 542 milyon manat qeyri-neft sektorundan əlavə gəlir yığılıb. Büdcə gəlirləri bütün rayonlar üzrə 100 faiz icra olunub. İmişli Mingəçevir Goranboy rayonları öz vergilərini ödəyə biliblər.Naftalan şəhəri də gələn il öz xərclərini ödəyə biləcək şəhərlər sırasına salınacaq.
2015 –ci il üçün 112 milyon manat proqnoz tapşırıq icra olunacaq. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vergi sahəsinə şamil edilməməsi nəzərdə tutulub.
Səyyar vergi yoxlamasının aparılmasının dayandırılması ilə yanaşı daha çox partnyorluq yoxlamalarının aparılması nəzərdə tutulub.
9967 səyyar yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 870 milyon toplanılıb. Bunlardan 710 milyonu dövlətə ödənilib.
Sahibkarlar tərəfindən 77 min müraciət daxil olub.
Bunlardan 2686-sı şikayət xarakterli olub. 642 vergi orqanı əməkdaşı cəzalandırılıb. 9 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib.
O qeyd edib ki, 2015-ci ildə Vergilər Nazirliyi ilə büdcə daxilolmalarının 7 mlrd 112 mln.manat icra olunacağı proqnozlaşdırılır. Bu proqnoz da tərəfimizdən icra edilməlidir.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.