banner
banner

Sosİal

ABŞ-da neçə azərbaycanlı təhsil alır?

ABŞ-da neçə azərbaycanlı təhsil alır?

2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbə ABŞ-da təhsil alıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu barədə “Open Doors”un hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, Azərbaycandan olan tələblərin sayı 6.5% artıb: ““Open Doors” hesabatı Azərbaycanla ABŞ arasında tələbə mobilliyi sahəsində müsbət meyllərin olduğunu göstərir”.

Hesabatda deyilib ki, 2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən, Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər: “Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısamüddətli kursları üzrə təhsil alır”.

Hesabatda qeyd olunub ki, ABŞ-da beynəlxalq tələbə qəbulu səviyyəsi 10 faiz yüksələrək təqribən bir milyona bərabər olub: “ABŞ kollec və universitetlərinə qəbul olan əcnəbi tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım nümayiş etdirərək 2014/2015-ci tədris ilində 10 faiz yüksəlib”.

“On il əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində təhsil alan tələbələrin sayı 73 faiz yüksəlib və son beş ildə artım tempi daha yüksək olub. Bu artım həm ABŞ ali təhsil müəssisələrinə qəbul olan beynəlxalq tələbələrin sayının artması, həm də amerikalı tələbələrin sayının azalması ilə izah olunur” – deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, “Open Doors” dünyanın müxtəlif ölkələrində 19 nümayəndəlik şəbəkəsinə və 1440-dən artıq üzv institutlara malik Beynəlxalq Təhsil İnstitutu (BTİ) tərəfindən nəşr olunur. BTİ yarandığı 1919-cu ildən etibarən və 1972-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi ilə ABŞ-da təhsil alan beynəlxalq tələbələrə dair illik statistik sorğular həyata keçirir.

“Open Doors” ABŞ universitetlərində təqaüd əsasında təhsil alan beynəlxalq tələbələrin, akademik təhsildən əvvəl İntensiv İngilis Dili Proqramında oxuyan beynəlxalq tələbələrin və xarici ölkələrdə təhsil alan Amerikalı tələbələrin sayına dair məlumat verir. “Open Doors” 2015 sorğularına və əldə edilən nəticələrə dair təfərrüatlı məlumatları www.iie.org/opendoorsünvanında Open Doors internet saytından əldə etmək olar. 100 səhifədən artıq tam hesabatı həmçinin, 79.95 ABŞ dolları ödəniş edərəkwww.iiebooks.org saytı vasitəsilə IIE Books-dan sifariş etmək mümkündür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.