Sürüşmə zonalarında aktivliyin qarşısını almaq çətinləşir. Bu dəfə Yardımlıda torpaq sürüşməsi bir ailəni evsiz qoyub. Mənzil yararsız hala düşdüyündən sakinlər indi çıxılmaz vəziyyətdə qalıblar.
Yardımlı rayonunun Vərgədüz kənd sakini Samir Əsədov evinin torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşdüyündən, bu səbəbdən də evdə yaşamağın mümkün olmadığından şikayətçidir.
Əsədovlar ailəsini deyilən ünvanda tapmasaq da yaxınları Samirin Qaradağ rayonunda daş karxanasında günəmuzd işlədiyini, ailəsi ilə orada müvəqqəti məskunlaşdığını deyirlər.
“Sürüşmə nəticəsində ərazidə inşa olunan bütün evlər qəzalı vəziyyətdədir. Samirin evi də qəzalı vəziyyətdə olduğuna görə, burada qalmırlar. Samir üç uşaq atasıdır. Baş vermiş məlum hadisədən sonra müvəqqəti olaraq bir-iki həftə bizdə qaldılar. Xatırladım ki, ərazidə sürüşmə prosesi isə iki il olar ki, davam edir”, - deyə şikayətçinin qaynatası Hüseynəli Cəbiyev bildirib.
Samir Əsədov Yardımlı Rayon İcra Hakimiyyətinə də ərizə ilə müraciət etdiyindən məsələ rayon rəsmilərinin də diqqət mərkəzindədir.
Rayon FHK-nın sədri Azər Xamıyev bildirdi ki, əraziyə baxış keçirilib və sürüşmənin baş verdiyi təstiqlənib:
“Tərəfimizdən məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyininmütəxəssisləri tərəfindən sürüşmənin baş verməsi bir daha təsdiqlənib”.
İcra rəsmisi onu da bildirdi ki, rayonda sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən təqribən 20 ev var və bu barədə FHN-nə məlumat verilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.