Türkiyədə böyük terror aktının qarşısı alındı: həbs olunan var
Türkiyənin paytaxtı Ankarada polis Polatlı şəhəri ərazisində yerə basdırılmış 100 kq partlayıcı aşkar edib.
Polisin məlumatına əsasən, partlayıcı maddə altı ay ərzində basdırılıb. İlkin istintaqdan sonra onların müsadirə edilməsi üzrə əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı terror təşkilatına aidiyyatı olmaqda şübhəli bilinən İsmail K saxlanılıb, daha sonra məhkmənin tələbi ilə həbs edilib.
Aşkar edilən nitrometan əsaslı partlayıcı maddələrin, hərbi təyinatlı partlayıcı maddələrin yayılmış növü olan C4-dən daha çox dağıdıcı gücə malik olduğu bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.