Doğum evlərində qəfil yoxlama, rəisin sönən telefonu...
Sumqayıt şəhərindəki 1 və 2 saylı doğum evlərində yoxlamalara başlanılıb.
Bu barədə virtualaz.org saytına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev məlumat verib.
İcra başçısı müavininin sözlərinə görə, bu yoxlamalar şəhər sakinlərinin şikayətləri əsasında başlayıb, belə ki, sumqayıtlılar bu tibb müəssisələrinin fəaliyyətindəki nöqsan və çatışmazlıqlardan dəfələrlə narazılıq ediblər.
S.Quliyevin dediklərindən belə məlum olur ki, Sumqayıtda bu sahədəki vəziyyət isə hətta o dərəcədə ciddidir ki, hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəlikdə dayanır. Lakin məsələ bir çox KİV-lərdə yazılan kimi də deyil. Hər iki baş həkimlə bağlı qərar hələ verilməyib.
İcra başçısının müavini bu məsələyə aydınlıq gətirmək və daha müfəssəl məlumat əldə etmək üçün Sumqayıt Şəhər Səhiyyə İdarəsinin rəisi Ələkbər Tağıyevə müraciət etməyi tövsiyə etdi. Ə.Tağıyev isə ona zəng vuran şəxsin jurnalist olduğunu bilən kimi telefonu söndürdü.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.