banner
banner

Hərbİ

Türkiyədən Qarabağ dəstəyi

Türkiyədən Qarabağ dəstəyi

"Bu gün Avropa qonşu çoğrafiyalarda böyüyən təhdidlərlə qarşı-qarşıyadır. Avropa bu təhdidləri kollektiv şəkildə, qonşu ölkələrlə və NATO müttəfiqləri ilə əməkdaşlıq içərisində olmalıdır". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz 13-cü Berlin Təhlükəsizlik Konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə dünyanın dinamik və məsul bir ölkə kimi şərqlə qərb, şimalla cənub arasında uzlaşma üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır.

Nazir Ukraynada da atəşkəsin təmin edilməsini və Minsk anlaşmasının tətbiqini dəstəklədiklərini deyib. ‘’Rusiyanın Krımı ilhaqını tanımırıq. Biz bu halda Ukraynanın ərazi bütövlüyünü və münaqişələrin beynəlxalq qanuna uyğun olan həll yollarını dəstəkləyirik. Ölkələrin ərazi bütövlüyü prinsipi bütün xəstəliklərin təməli olmalıdır. Bunun Dağlıq Qarabağ üçün də keçərli olması gərəkdir".

Müdafiə naziri Türkiyənin birbaşa və dolayı yollarla Azərbaycanla Ermənistan arasında görüşləri dəstəklədiyini qeyd edib. O, hər iki ölkənin qəbul edəcəyi bütün həll yollarını dəstəkləməyə hazır olduqlarını deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.