“Azərbaycanda tibbi sığorta olmalıdır” - Baş nazirin müavini
“Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi üçün böyük işlər görülməli, qanunvericilik bazası təkmilləşdirilməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, Nazirlər Kabineti nəzdində İcbari Tibbi Sığorta Dövlət Agentliyinə Zaur Əliyev rəhbər təyin edilib: "Bu struktur formalaşmaq üzrədir. Əlbəttə, müəyyən vaxt keçməlidir. Digər bir tərəfdən, icbari tibbi sığortanın tətbiqi üçün zəruri olan araşdırmalar aparılır ki, yaxın zamanlarda Azərbaycanda mümkün olan qədər tibbi sığorta həyata keçirilsin".
Qarşıda hələ böyük işlərin görülməli olduğunu diqqətə çatdıran Baş nazirin müavini hər şeydən öncə agentliyin formalaşdırılmasının və fəaliyyət üçün hazır vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb: "Bundan sonra isə model seçilib. Azərbaycanda tibbi sığorta tətbiq edilməlidir. Hesab edirəm ki, intensiv işlər nəticəsində bunun tətbiqini tezləşdirəcəyik. Personalın hazırlanması da zaman tələb edir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər tətbiq edilir. Biz çalışacağıq ki, 2016-cı il ərzində nəzərdə tutulan işlərin böyük əksəriyyəti görülsün".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.