Deputat 6 milyonluq villasından danışdı: "Kişinin evi olar..."
Milli Məclisin hazırkı deputatı, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 6 milyon manata özünə yeni villa tikdirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib.
Bu barədə azvision.az-a açıqlama verən deputat həmin villanın ona məxsus olduğunu təsdiqləyib.
Q.Salahzadənin sözlərinə görə, sosial şəbəkələrdə fotosu yayılan villa 8 il əvvəl tikilib: “Həmin ev Bilgəhdə yerləşir. Hazırda orada anam yaşayır. 8-10 il bundan qabaq tikilib. Orada hələ də təmir işləri davam etdirilir”.
Villanın tikilməsinə 6 milyon xərc çəkilməsi məsələsinə gəlincə, millət vəkili nə qədər xərc çəkildiyi barədə dəqiq rəqəm deyə bilməyəciyini deyib: “Dəqiq deyə bilmərəm, amma evin tikilməsinə yüz faiz 6 milyon xərc çəkilməyib. Mən başa düşə bilmirəm ki, insanları mənim evim, maşınım niyə bu qədər maraqlandırır? Kişinin evi olar. Burada qəbahət varmı? Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Hamı yaxşı bilir ki, anamın atası varlı adam olub, ondan anama xeyli qızıl, pul qalıb. Bu baxımdan kasıb olmamışıq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.