banner
banner

Sosİal

Kərəm Həsənov görüş keçirəcək

Kərəm Həsənov görüş keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 27 noyabr 2015-ci il tarixində Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. 
Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Komitə həmçinin sabah Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda İşgüzar Forum keçirəcək. Məqsəd torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir.

Tədbirdə Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.