Los-Ancelesdə "American Music Awards" səhnəsində maraqlı anlar baş verib. Gecənin ən maraqlı qonağı pop ulduz Cennifer Lopez olub. O, səhnə çıxışında həmkarlarının mahnılarından böyük rəqs nömrəsi hazırlayıb.
Özünün "Waiting For Tonight” mahnısı ilə çıxışa başlayan Cey Lo daha sonra Bruno Mars, Niki Minaj, Beyons, Castin Biber, "Weeknd", Rihannanın mahnıları ilə rəqsə davam edib.
Bir neçə dəfə səhnədə görünən müğənni hər çıxışında geyimi ilə tamaşaçıları heyrətləndirib. Fərqli obrazlarda çıxış edən Cey Lo 46 yaşına rəğmən hələ də formada olduğunu nümayiş etdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.