banner
banner

Gündəm

“Şərqi Anadolu Türkiyənin əlindən çıxacaq…” - Jirinovski

“Şərqi Anadolu Türkiyənin əlindən çıxacaq…”

“Türkiyə məsələsini həll etmək lazımdır. Özü də bunu başqalarının əli ilə etmək lazımdır. Ermənilər türklərə nifrət edir. Əgər biz ermənilərə onların qərb vilayətlərini azad etməyə icazə versək, onlar bunu məmnuniyyətlə edəcəklər. Ermənilər bunu 1918-ci ildə də edərdilər. Lakin Moskva o zaman ermənilərə kömək etmədi. Rusiya o zaman Türkiyənin tərəfinə keçdi”.

Bu sensasion bəyanatla LDPR lideri Vladimir Jirinovski çıxış edib.

V.Jirinovski “Rossiya-1” telekanalının efirində (“Vladimir Solovyovla bu axşam”) yayımlanan teledebat zamanı Türkiyədə “kürd kartı”nı işə salmağın mümkünlüyünə də eyham vurub.

“Kürdlər bizdən kömək gözləyir. Əgər biz kürdlərə onların müstəqilliyini tanıyacağımızı desək, Şərqi Anadolu da Türkiyənin əlindən çıxacaq. Kürdlərin sayı isə az deyil. 20 milyon nəfərdirlər. Onların artıq paytaxtı da bəllidir. Bu, Diyarbəkir şəhəridir. Əgər bunları etsək, biz son nəticədə müstəqil Kürdüstan və “Böyük Ermənistan” qazanmış olacağıq” - deyə V.Jirinovski bildirib.

Xatırladaq ki, rusiyalı siyasətçi V.Jirinovski “Kremlin baş ruporu” kimi məşhurlaşıb. Rusiya hakimiyyətinin rəsmi şəkildə və açıq mətnlə deyə bilmədiklərini adətən LDPR lideri, dilə gətirir.

 

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.