banner
banner

Sosİal

Paytaxt məktəbləri soyuqdan donur- nazirlik isə araşdırır...

Paytaxt məktəbləri soyuqdan donur-
Paytaxtın orta məktəblərində istilik problemi ciddiləşib. Redaksiyamiza gələn çoxsaylı şikayətlər göstərir ki, orta məktəblərə istilik verilmir, şagirdlər soyuq sinif otaqlarında dərs keçməyə məcburdurlar. Problemin Bakının əksər məktəblərini əhatə etdiyi bildirilir.
Məsələn, Yasamal rayonunda yerləşən 308 saylı məktəbdə uşaqların soyuq sinif otaqlarında dərs keçdiyi, problemin nazirlik səviyyəsinə qədər qaldırıldığı, lakin həllini tapmadığı bildirilir. Valideyn Natiq Bayramov bildirir ki, iki övladı həmin məktəbdə təhsil alır və günlərdir ki, soyuq sinif otaqlarında oturmağa məcburdurlar: “Uşaqlar 3-cü və 6-cı siniflərdə təhsil alırlar. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var ki, noyabrın 15-dən istilik verilməlidir. Ancaq ”otopleniyalar", istilik sistemləri işləmir. Dəfələrlə Təhsil Nazirliyinə, 146-ya, qaynar xəttə zəng etmişəm, işləmir, cavab vermir. Məktəb kimi qaynar xətt də donub. 
 
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrindən mənə cavab verirlər ki, onlara təsir etmək rıçağı yoxdur. Nazirləq Kabineti də deyir ki, qaz yoxdur. Məktəb Təhsil Nazirliyinin öz balansındadır, “Azəristilik”in balansında deyil. Nazirlik niyə bunu həll etmir? Gələn qışamı hazırlaşırlar? Sonuncu cavabları o oldu ki, Yasamal Rayon Qaz İdarəsi ilə Bakı Baş Təhsil İdarəsi hesablaşmayıblar. Qaz pulunu Təhsil İdarəsi bu gün ödəyib, Qaz İdarəsinin isə hələ qazı açmaq fikri yoxdur. Nəticədə uşaqlarımız məktəbdə donur".
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, məktəblərdə istiliyin olmaması ilə bağlı problemləri araşdırırlar. Onun sözlərinə görə, nazirliyə bu mövzuda gələn tək-tək şikayətlər də araşdırılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.