MTN işi ilə bağlı hakimiyyətin daha qəti addımlar atmaması bir sıra səbəblərlə izah edilir. Məsələn, sahibkarlara edilən zülmlərlə bağlı müxtəlif faktların ortaya çıxması bu kəsimə qarşı hücumları müəyyən müddət səngidib. Millət vəkili Zahid Orucun baş verənlərlə bağlı maraqlı yanaşması var.
Z.Oruc “Şərq”ə bildirib ki, MTN-nin yüksək rütbəli nümayəndələrinin yol verdiyi əməllər, baş verən məlum hadisələr hökumət strukturlarında və cəmiyyətdə müəyyən tənqidlərin, narazılığın meydana gəlməsinə şərait yaratdı. Z.Oruc deyir ki, hazırda həbsə atılan, vəzifəsindən uzaqlaşdırılan MTN-çilər ciddi kompromatlara sahibdirlər: “Gizli informasiya daşıyıcıları olan, hətta kimlərinsə şəxsi həyat sirlərini bilən MTN-çilər müəyyən bir zəmində sahib olduqları məlumatları dövriyyəyə buraxa bilərlər. Bu da ölkədə insanların biri-biri ilə üzləşməsinə, qarşıdurmalara, kompromat müharibələrinə səbəb olar. Yəni Elşad Abdullayevlərin sayı artar. Belə olmasın deyə, bəzi məsələlərə həssas yanaşmaq lazımdır. Axı MTN bir səhiyyə qurumu deyil, ölkənin milli mənafelərini qoruyan çox mühüm məxfi xidmət orqanıdır. İlk növbədə həmin vəzifəni həyata keçirən və gözəgörünməz cəbhənin təmsilçiləri elə addımlar atmalıdırlar ki, ölkə daxilində və xaricində MTN-ə qarşı formalaşmış bədbinliyi aradan qaldıra, qurumun əvvəlki etibarını geri qaytara bilsinlər”.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə azadliq.info-ya deyib ki, MTN əməkdaşlarının vətəndaşlara qarşı törətdikləri ilə bağlı və açıqlanan digər maraqlı faktlar göstərir ki, onların əsas işi məhz kompromat yığmaq olub: “Onlar dövlət məmurları, iş adamları, vətəndaşlar barəsində şəxsi məlumatlar toplayırlarmış. Bu addımlar qrup maraqlarına uyğun atılıb. Ona görə Zahid Orucun söylədikləri maraqlıdır. O həm millət vəkilidir, həm də hakimiyyətə yaxın adam kimi müəyyən informasiyası olmasaydı, belə açıqlama verməzdi”.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.