banner
banner

Şou

Murad Arifin sevmədikləri: "Onu bıçaqlaya bilərəm"

Murad Arifin sevmədikləri:

Müğənni-bəstəkar Murad Arif sevmədiklərini açıqlayıb.

Axşam.az ifaçının sevmədiyi 15 hərəkəti təqdim edir:

1. Qol saatı taxmağı sevmirəm. Acığım gəlir. Əlim-qolum azad olmalıdır. Vaxtı isə telefondan öyrənmək daha rahatdır. 

2. İnsan nəfəsinin təravətini daim nəzarətdə saxlamalıdır. Əks halda bütün xoş münasibəti kəsə bilərəm. 

3. Ətir hədiyyəsini sevmirəm. Sən nə bilirsən mən hansı ətiri işlədirəm? Niyə mənə bu bahalı və dəxlisiz ətiri almısan?

4. 15 saniyədən uzun olan səsli mesajları sevmirəm. Mənim o qədər vaxtım yoxdur axı.

5. Mesajda “salam” yazıb, ona "salamla" cavab gözləməyi xoşlamıram. İnsan "salam" yazıb, dərhal mətləbə keçməlidir. 

6. İlıq suyu sevimirəm. Ya isti, ya da soyuq olmalıdır. 

7. Ləng insanları sevmirəm. Allah bəlanızı versin. 

8. Gecikən insanları sevmirəm. Daha betər olasınız.

9. Tələsdiyimi hiss edib, yavaş və uzaqdan söhbətə başlayanları bıçaqlaya bilərəm. Ya da xətrinə dəyəcək qədər kobud davrana bilərəm.

10. Yorğan öz astarından çıxanda sevmirəm. Bunları bir-birinə tikin də.

11. Hər zaman ütülü, səliqəli və ayaqqabısı parıldayan adamlardan ehtiyat edirəm. Məncə, normal insan hərdən səliqəsiz görünə bilər. 

12. Sənətkar iddiasında olan manısları sevmirəm. Mənə nə ki, filan məmurun oğlunun toyunu sən oxumusan? Ondansa Qabriel Qarsiya Markesi oxu gəl. 

13. Bir neçə nömrəsi olan adamları xoşlamıram. Bir nömrəsinə zəng çatmayanda, başqasına yığarkən söyüş işlədirəm. 

14. Behsiz toy yazmaram. Təmiz biznes...

15. Məni sevməyənləri sevmirəm. Məncə heç kəsə əsas verməmişəm ki, məni sevməsin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.