Moskvada "Swissotel" konfrans zalında Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransının açılışı olub.
CİA.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, Rusiyanın ali məktəblərinin azərbaycanlı tələbələri və digər şəxslər iştirak edirlər.
Zalın foyesində RAGB-nin fəaliyyətinə, IDEA kampaniyasına və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr edilmiş fotosərgi açılıb.
Konfransın rəsmi hissəsindən sonra forum "Qafqazda biomüxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar", "Azərbaycan bu gün", "Azərbaycan səhiyyəsi islahatlar yolunda" və "Bakı-2015" seksiyalarında öz işini davam etdirəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.