banner
banner

Gündəm

Nardaranda qərar verildi: meydan boşaldılır

Nardaranda qərar verildi: meydan boşaldılır

Nardaran sakinləri bu gün qəsəbədəki Hüseyniyyə ("İmam Hüseyn") məscidində toplaşaraq müzakirələr aparıblar.

Müzakirə edilən əsas məsələ meydanın boşaldılıb-boşaldılmamsı ilə bağlı olub. Müzakirələrdə səsləndirilən əsas təklif meydanı boşaltmaq ve evlərə qayıtmaq olub.

Sonda meydanın boşaldılmasına qərar verilib. Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər.

Kənd ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Onların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.

Kənd ağsaqqalları bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək.

"Yeni Müsavat" bildirir ki, “İmam Hüseyn” meydanı boşaldıldıqdan sonra kənd ağsaqqalları hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyini ümid edirlər.

*   *   *15:00

Polis qüvvələri və hərbçilər Nardaran qəsəbəsinin giriş-çıxışlarını ciddi nəzarətə götürüb.

Qəsəbəyə aparan yollarda polislər və hərbi geyimli şəxslər növbə çəkir. Blok-postlarda isə zirehli texnika var.

*   *   *13:10

Dünəndən başlayaraq Nardaran qəsəbəsində qarışıq durumdan narazılıq bu gün səhər saatlarında qəsəbə sakinləri arasında yüksək həddə çatıb.

"Trend"in məlumatına görə, hazırda meydana toplaşanlar arasında müzakirələr gedir, meydanı boşaltmaq və əvvəlki normal həyata tərzinə qayıtmaq təklifləri səsləndirilir.

Əksəriyyət evlərə çəkilməyi, asayişi yenidən bərpa olunmasını tələb edir.

Yaxın dəqiqələrdə meydanda yekun yekdil qərar qəbul olunacağı gözlənilir.

Virtualaz.org saytının xüsusi müxbirinin verdiyi xəbərə görə isə Nardaranda meydan hələ də adamlarla doludur. Onlar meydanda tonqal ətrafına toplaşmaqda davam edirlər.

Kəndin küçələrində daş qalaqları görmək olar. Sakinlər Daxili Qoşunların kəndə yeridilməsi ehtimalına belə hazırlaşırlar.

Nardaranda hələ də işıq yoxdur. Telefon işləmir. Bununla belə kənddə ərzaq çatışmazlığı problemi yoxdur.

Virtualaz.org

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.