banner
banner

Gündəm

Azərbaycanı internetsiz qoyan otaqdan ilk görüntülər - Video

Azərbaycanı internetsiz qoyan otaqdan ilk görüntülər

“Delta Telekom”un baş direktoru Ramazan Vəliyev ANS-ə müsahibəsində burda baş vermiş qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışıb.

Cia.az həmin müsahibəni təqdim edir:
- Yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və bizim buradakı yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində burada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin may ayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.
- Dövlət deyəndə biz konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin quraşdırdığı avadanlıqdan danışırıq.
- Bu ərazidə olan avadanlıqların bir hissəsini işlək vəziyyətə gətrimişik. Əsas problemimiz odur ki, zalda olan avadanlıqların üzərinə tüstü qatı hopub və tüstü qatı kömür qatı yaradıb. Ona görə də zalda olan bütün avadanlıqarı kənara daşıyıb, orada yuyub təmizlədikdən sonra, yenidən fəaliyyətə salma işləri ilə məşğuluq
Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib.
Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimiz qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı
Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə müəyyən problemlər yaşana bilər.
Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi.
Əslində hadisələr saat 14 radələrində baş verib. Saat təqribən 17:15, 17:30-da tüstülənmə mənbəyi söndürüldü. Lakin zala girmək mümkün deyildi. Zalda 2 dəqiqədən artıq durmaq mümkün deyildi. Bizim texniki işçilər növbəli iş rejimi ilə (10 dəqiqədən bir işçilər bayıra çıxıb təmiz hava alaraq yenidən geri qayıdır) işləyiblər. Qərar vermişik ki, yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək.
- Hadisə ilə bağlı cinayət işi qaldırılıb?
Nazir müavini İltimas Məmmədov elə həmin gün bütün gecə hadisə yerində olub, hətta yanğın başlayandan söndürülənədək, rabitə bərpa edilənə kimi. İkinci gün gecə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları burada işə başladı, araşdırma apardılar. Eyni zamanda Baş Prokrorluqdan xüsusi istintaq qrupu cəlb olunub.
- Milli Təhlükəsizlik Nazirliyi dediyiniz avadanlığı hara qoymuşdu?
- Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki biz o avadanlıqları təhvil verəcəyik. Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki o avadanlıq var idi vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə “Delta Telecom”da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.