Şimal bölgəsində yağışla müşahidə edilən hava gecə saatlarında sulu qar və qara çevrilib. Nəticədə Quba rayonun dağlıq yaşayış məntəqələrinə 12-17 sm qar yağıb. Yağan qar avtomobillərin hərəkəti üçün çətinliklər yaradıb. Quba-Xaçmaz yolunda bir neçə yerdə avtomobil qəzaları baş verib. Köhnə və qışın tələblərinə cavab verməyən şinli avtomobillər yollarda çətinliklərlə üzləşib. Qəzaların da bu səbəbdən baş verdiyi bildirilir. Qubaya yanacaq aparan ağır tonajlı avtomobil isə geri qayıtmağa məcbur olub.
Quba Regional Hidrometrologiya Müəssisədindən verilən məlumata görə, ən çox qar Xınalıq, Buduq, Qırız, Ləzə və Xaltan kəndlərində müşahidə olunub. Temperatur isə mənfi 10 dərəcəyə enib. Hazırda bir sıra kəndlərə gedən enişli-yoxuşlu hissələrində müəyyən problemlər yaranıb. Bildirilib ki, bu cür hava dekabrın 4-dək davam edəcək.//Anspress
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.