banner
banner

Gündəm

Nardaranda yeni silahlar tapıldı

Nardaranda yeni silahlar tapıldı

Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində konstitusion quruluşu bərpa etmək məqsədilə keçirdiyi xüsusi əməliyyat davam edir.

Polis hazırda yerli əhalidə silah-sursat olub-olmamasını aydınlaşdırmaq məqsədilə axtarışlar aparır. Qəsəbədə yeni silahlar tapılıb.

Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, dünən qəsəbədə yeni silahlar tapılıb. Belə ki, əməliyyatçılar H.Əsgərov küçəsi, 6 saylı evin qabağında torpağa basdırılmış və nömrəsi silinmiş “Kalaşnikov” avtomatı aşkarlayıblar. Həmin yerdə patronlar və güllə darağı da aşkarlanıb.

Abşeron küçəsində, pirin yanında isə içində məişət tullantıları olan çəndən revolver tipli tapança çıxıb.

Əməliyyatçılar 3 saylı şəhər klinik xəstəxanasının girişində fitili olmayan əl qumbarası aşkarlayıb. Polis qumbaranın xəstəxananın həyətinə kimlər tərəfindən və hansı şəraitdə qoyulduğunu araşdırır.

Qəsəbədə keçirilən xüsusi əməliyyat davam edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.