Ərdoğandan Rusiyaya yeni ağır ittihamlar: "Özünüzsünüz..."
“Türkiyə olaraq Balkanlara, Qafqaza, Aralıq dənizi hövzəsinə, İraqa necə biganə qala bilməriksə, Suriyada baş verənlərə də o cür biganə qala bilmərik.
Rusiya Suriyada nə axtarır? Deyirlər ki, Suriya rəhbərliyi dəvət edib, ona görə getmişik. Hər dəvəti qəbul etmək məcburiyyətində deyilsiniz. 380 min adamı öldürən qatil Əsədin dəvətinə razılaşmaq məcburiyyətində deyilsiniz. O, qeyri-legitim bir hökumətdir. Bunu hörmətli Putinə də çox söylədim”.
APA-nın milliyet.com.tr saytına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk İş” həmkarlar təşkilatının qurultayında çıxış edərkən deyib.
O bildirib ki, İŞİD-i bəsləyən də Suriya rejimidir: “Rusiyada son günlər bir dəb var, guya Türkiyə İŞİD-den neft alır. Üstəlik, ailəmi də bu işə qatırlar. Bu, əxlaqi deyil. Bunu daha əvvəl İran televiziyaları da etmişdi. İran prezidenti ilə danışdım, dedim ki, “baxın, siz çox böyük yanlışa yol verirsiniz, əgər belə davam edərsə, bunun nəticəsi İran üçün çox ağır ola bilər”.
Təxminən 10 gün davam etdilər, sonra dayandırdılar. İftira, yalan üzərində qurulan sistemlər bu işə daha çox əl atır. Bu iddialarını sənədlərlə sübut etsələr, mən bu vəzifədə qalmaram. Amma sübut edə bilməsələr, onlar öz postlarında qalacaqmı? O zaman Putin də vəzifəsini tərk etsin.
İŞİD-dən kimin neft aldığını söyləyirəm. Həm Suriya vətəndaşı olan, həm də Rusiya pasportuna sahib biri bu işin ən böyük taciridir. O, İŞİD-dən nefti alıb, həm Suriya rejiminə satır, həm də beynəlxalq səviyyədə bu işlə məşğul olanlara. Bunu ABŞ Maliyyə Nazirliyi də dəlil-sübutlarla açıqladı. Bir də rusların məşhur şahmat xadimi var, o da bu işin içindədir (Kirsan İlümjinovu nəzərdə tutur-red.). Bununla bağlı əlimizdə sübutlar var və bunu dünyaya açıqlamağa başladıq".
Ərdoğan Türkiyənin öz suveren hüquqlarından ən kiçik güzəştə belə getməyəcəyini vurğulayıb: “Bu millət ac qalar, amma istiqlalından vaz keçməz”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.