Dünya şöhrətli müğənni Selin Dion illər sonra səhnəyə çıxıb. Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, 47 yaşlı ifaçı bu konserti, həmçinin, qırtlaq xərçəngindən əziyyət çəkən 73 yaşlı menecer həyat yoldaşı Rene Ancelilə həsr edib. Selin Dion budəfəki “Christmas”ın onun əri ilə keçirəcəyi sonuncu bayram ola biləcəyini deyib. Qeyd edək ki, müğənni gecə üçün dərin yarıqlı qara libasa üstünlük verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.