banner
banner

Sosİal

Xoşbəxtliyinizi boşqablarınızda da axtarın - Faydalı MƏSLƏHƏT

Xoşbəxtliyinizi boşqablarınızda da axtarın

İnsan özünü dərk edəndən xoşbəxt olmağa, həyatında daha çox xoşbəxt anlar yaşamağa çalışır.

Təbii ki, xoşbəxt olmaq hər insanın haqqıdır. Əgər bacarırsa, ona nail ola bilirsə. Kimi xöşbəxtliyini öz sevgisində, kimi peşə karyerasında, kimi var-dövlətdə, kimisi insanlarla münasibətdə axtarır. Hərə öz düşündüyü qədər, öz arşınına görə. Bunlarla yanaşı xoşbəxtliyi axtarmağın bir yeri də var. O, bizim boşqablarımız, orda olan qidalardır.

Modern.az-ın məlumatına görə, bəzi qida məhsulları var ki, onlar təbii antidepressant olaraq orqanizmdə xoşbəxtlik hormonları istehsal edir. Əgər siz də xoş əhvala, xoşbəxtliyə doğru daha bir addım atmaq istəyirsinizsə belə qidalardan müntəzəm istifadə edin.

1.Mütəxəssislərin fikrinə görə xoşbəxtlik hormonunu yaradan qida məhsulları sırasında ilk yerlərdən birini pendir tutur. Pendirin tərkibində olan L-fenilalanin və triptofanın sayəsində endorfinin səviyyəsi artır ki, bu da insanda xoşbəxtlik və məmnunluq hissini artırır.

2.Banan triptofan mənbəyidir. Məlum olduğu kimi triptofan çox vaxt xoşbəxtlik hormonu kimi adlandırdığımız serotonin hormonunun istehsalını aktivləşdirir. Həmçinin bananın tərkibində olan mineral və vitaminlər sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərərək orqanizmin stressə və gərginliyə qarşı müqavimətini gücləndirir.

3.İspanaq orqanizm üçün vacib olan vitaminlərlə zəngin olmaqla yanaşı həm də fol turşusunun təbii mənbəyidir. Fol turşusu sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayır. O cümlədən fol turşusu ilə zəngin olan qida məhsulları serotonin hormonunun istehsalını artırır ki, bu da öz növbəsində xoş əhvalın yaranmasına səbəb olur. Fol turşusunun orqanizm tərəfindən yaxşı mənimsənilməsi üçün onu tərkibi dəmirlə zəngin olan qida məhsulları ilə birgə istifadə etmək məsləhət görülür.

4.Dazıotu və ya qoyunqıran (zveroboy) bitkisindən dəmlənmiş çayı ən yaxşı antidepressantlardan biri saymaq olar. Onun tərkibində olan hiperforin və hiperisin əhvala müsbət təsir göstərir, narahatlıq hissini aradan qaldırır, depressiyanı müalicə edir. Hələ qədim zamanlardan bu bitkidən pis ruhlara qarşı mübarizədə istifadə ediblər.

5.Balıq həmişə süfrələrimizi dadlı və faydalı qida məhsulu kimi bəzəyib. Xüsusilə yağlı balıqlar orqanizm üçün çox vacib olan omeqa 3 yağ turşuları ilə zəngindir. Alimlər sübut ediblər ki, saysız-hesabsız faydaları olan omeqa 3 orqanizmin stressə və depressiyaya qarşı müqavimətini artırır, vaxtsız qocalmanın qarşısını alır.

6.Avokado gümrahlıq və enerji mənbəyidir. Bu tropik meyvə zəngin tərkibi ilə orqanizm üçün olduqca faydalıdır. Ürəyin fəaliyyətinə müsbət təsir göstərən avokado əhvalı yaxşılaşdırır, opqanizmi gümrahlaşdırır, stress və yorğunluğu aradan qaldırır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq arabir xoşbəxtliyinizi boşqablarınızda da axtarın.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.