banner
banner

Gündəm

FHN xilasetmə görüntülərini yaydı - Video

FHN xilasetmə görüntülərini yaydı -

Hal-hazırda Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilir.

Fövqəladə hallar nazirinin birinci müavini Etibar Mirzəyev deyib ki, dekabrın 4-ü və 5-də xilasetmə istiqamətində əməliyyatlar aparılıb:

“Həmin platforma sahildən 110 km uzaqda yerləşir. Dekabrın 4-də bizim "Vixr" gəmimizim özülə yaxınlaşması mümkün olmadı. Küləyin surəti 144 km/saat idi. Biz qərara gəldik ki, xilasetməni səhər davam etdirəcək. Amma dekabrın 5-də yanğının istiliyi və külək veryolyotların həmi platformaya düşməsinə imkan vermədi. Buna görə helilopterlər qonşu platformalara düşdülər. Gəmi ilə həmin platformaya yaxınlaşıb altdan deşdik. Sonra həmin qayıqdakı şəxsləri xilas etdik. Onların sonrakı talelərini də özünüz bilirsiniz. Biz xilasetmə zamanı qeydə alınan videogörüntüləri də sizə göstərəcəyik”.

***

Mətbuat konfransında xilasetmə görüntüləri yayımlanıb. Videonun keyfiyyətinin aşağı olması onun birbaşa proyektdən çəkilməsi ilə bağlıdır. Daha keyfiyyətli videonun mətbuata ötürüləcəyi gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.